Elçin Behbudov Nərimanov, Səbayel və Binəqədi rayon polis idarələrinin təcridxanalarında monitorinq keçirib

Elçin Behbudov Nərimanov, Səbayel və Binəqədi rayon polis idarələrinin təcridxanalarında monitorinq keçirib
# 05 iyun 2012 11:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Nərimanov, Səbayel və Binəqədi rayon polis idarələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. E. Behbudov APA-ya açıqlamasında bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərlə fərdi söhbət edib: “Polis idarələrinin saxlanma təcridxanalarının hərəsində bir nəfər saxlanılırdı. Saxlanılan şəxslərin saxlanma şəraitindən, onlara qarşı münasibətdən şikayətləri olmadı. Monitorinq zamanı hər hansı nöqsan aşkarlanmadı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR