Bakı polisi 15 kiloqram narkotik maddəni dövriyyədən çıxarıb

Bakı polisi 15 kiloqram narkotik maddəni dövriyyədən çıxarıb
# 09 iyun 2012 07:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Qurbanovdan 15 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR