Azərbaycanda məcburi köçkünlər üçün daha bir qəsəbə salınır

Azərbaycanda məcburi köçkünlər üçün daha bir qəsəbə salınır
# 14 iyun 2012 12:14 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Beyləqan rayonundakı məktəb binalarında müvəqqəti məskunlaşmış 146 məcburi köçkün ailəsinin yerləşdiriləcəyi şəhərciyin salınması üçün Nazirlər Kabineti may ayının sonlarında müvafiq qərar qəbul edib. Qərara əsasən, yeni yaşayış qəsəbəsinin salınması üçün Beyləqan rayonunun ərazisindəki qış otlaqlarından 30 hektar torpaq sahəsi ayrılıb. Bunun 12,48 hektarında inşaat işləri aparılacaq. Qalan 17,52 ha sahə isə hər ailəyə 0,12 hektar həyətyanı sahə üçün veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR