Əfqanıstanda silahlılar polis bölməsinə hücum ediblər, 6 nəfər yaralanıb

Əfqanıstanda silahlılar polis bölməsinə hücum ediblər, 6 nəfər yaralanıb
# 09 iyul 2012 18:01 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində bir qrup silahlı şəxs polis bölməsinə hücum edib.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, basqın nəticəsində 6 nəfər yaralanıb. Yerli hakimiyyət nümayəndəsi bildirib ki, terrorçular tutuqları boş qalan məktəb binasından polis bölməsinə atəş açıblar.

Basqın Əfqanıstanda 6 NATO hərbiçisinin öldürülməsindən bir gün sonra baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR