Qənirə Paşayeva Bosniya və Herseqovina parlamentinin sədri ilə görüşüb

Qənirə Paşayeva Bosniya və Herseqovina parlamentinin sədri ilə görüşüb
# 11 iyul 2012 11:13 (UTC +04:00)
Bakı – APA. Bosniya və Herseqovinada səfərdə olan millət vəkili Qənirə Paşayeva bu ölkə parlamentinin rəhbəri Denis Beçiroviçlə görüşüb. APA-nın xəbərinə görə, D. Beçiroviç iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük potensialın olduğunu və Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyib. O, Azərbaycanın getdikcə daha da inkişafına dost ölkə olaraq sevindiklərini bildirib.

Q. Paşayeva qeyd edib ki, azərbaycanlılar üçün də Bosniya və Herseqovina dost, qardaş ölkədir. Azərbaycanın Bosniya və Herseqovina ilə bütün sahələrdə əməkdaşlığın daha da inkişafına önəm verdiyini diqqətə çatdıran millət vəkili, parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR