ABŞ kəşfiyyatının rəhbəri hakerlərin konfransında çıxış edəcək

ABŞ kəşfiyyatının rəhbəri hakerlərin konfransında çıxış edəcək
# 21 iyul 2012 10:25 (UTC +04:00)
Bakı - APA. ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Kit Aleksander iyulun 26-29-da Las-Veqasda keçiriləcək “Defcon” haker konfransında çıxış edəcək.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, K.Aleksanderin çıxışının mövzusu açıqlanmır.

Konfransın təşkilatçısı Ceff Moss bildirib ki, kəşfiyyat şefinin tədbirə dəvət olunmasının hakerlər arasında narazılıq yaradacağını bilsə də, bundan narahat deyil: “Çünki buna nail olmaq üçün on il vaxt sərf etmişəm”.

Qeyd edək ki, 1992-ci ildən bəri hər il keçirilən “Defcon” konfransı ictimaiyyət üçün açıqdır. Konfrans çərçivəsində mühazirələr, haker yarışmaları və kompyuter təhlükəsizliyi mövzusunda dəyirmi masalar keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR