Elnur Aslanov: “Ermənistan regionda status-kvonun qorunmasına deyil, sülhün bərqərar olmasına xidmət edən addımlar atılmalıdır”

Elnur Aslanov: “Ermənistan regionda status-kvonun qorunmasına deyil, sülhün bərqərar olmasına xidmət edən addımlar atılmalıdır”
# 25 iyul 2012 08:41 (UTC +04:00)
İstər Avropa Birliyi, istərsə də bir çox ölkələr qondarma rejimdə keçirilən şounu pislədilər və öz mövqelərinin qətiyyətlə ortaya qoydular ”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib.

O bildirib ki, hazırda Dağlıq Qarabağdakı qondarma rejim rəsmi İrəvan tərəfindən idarə olunur: “Orada atılan istənilən addım sülh və danışıqlar prosesinə ziyan vurur. Biz hər zaman demişik ki, Ermənistan daha konstruktiv mövqe göstərməli və regionda status-kvonun qorunmasına deyil, bölgədə vəziyyətin dəyişməsinə və sülhün bərqərar olmasına xidmət edən addımlar atılmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR