Ağdaşın su təchizatı sistemini Türkiyə şirkəti quracaq

Ağdaşın su təchizatı sistemini Türkiyə şirkəti quracaq
# 25 iyul 2012 13:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşıb.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tenderdə daha sərfəli şərtlər təklif edən Türkiyənin “ALKE Müh. İnş. San” şirkəti qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.

Layihəyə əsasən, Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Layihə çərçivəsində tutumu 2000 kubmetr olan 2 su anbarının tikintisi də nəzərdə tutulur. Ağdaş şəhərinin su paylayıcı şəbəkəsini yenidən qurmaq məqsədi ilə 134 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək, 7600 abunəçi su sayğacı ilə təmin ediləcək. Bununla paralel olaraq 121 km uzunluğunda çirkab su şəbəkəsi çəkilərək 5250 ünvanda birləşdirmə aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR