Azərbaycanda evi yanan kişi infarktdan ölüb

Azərbaycanda evi yanan kişi infarktdan ölüb
# 06 avqust 2012 09:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda evi yanan şəxsi infarkt vurub. Bu barədə APA-ya Salyan Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb. Kənd sakini Qadir Göyçəyevə məxsus ümumi sahəsi 192 kv/m olan 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Nəticədə, 2-ci mərtəbədə 96 kv/m sahədə 4 otağın yanar konstruksiyaları tam yanıb. Bunu görən ev sahibi Qadir Göyçəyev həyəcanlanaraq infarktdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR