Zəfər Çağlayan: «Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında ticarət dövriyyəsinin 9 mlrd. dollar olması yetərli deyil»

Zəfər Çağlayan: «Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında ticarət dövriyyəsinin 9 mlrd. dollar olması yetərli deyil»
# 14 avqust 2012 14:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin Bakıda keçirilən toplantısında Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

Nazirin sözlərinə görə, son 10 ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 10 dəfədən çox, Qazaxıstanla 9 dəfədən çox, Qırğızıstanla isə 5 dəfədən çox artıb.

«Ümumilikdə 3,8 mln. kv. km sahəsi, 105 mln. nəfər əhalisi, 1 trln. dollardan çox milli gəliri və 545 mlrd. dollar ticarət həcmini ifadə edən Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın öz aralarında sadəcə 9 mlrd. dollarlıq ticarət dövriyyəsinə sahib olmalarını yetərli hesab etmirəm», - deyə Z.Çağlayan vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, toplantı öncəsi Şuranın müxtəlif qrupları tərəfindən iclaslar keçirilib və müxtəlif sahələrdə əlaqələrin perspektivlərinə dair qərarlar qəbul edilib, yol xəritəsi hazırlanıb. Qrupların toplantısında Türk Şurası çərçivəsində İnkişaf Fondunun yaradılması, quru nəqliyyatın inkişafı, avtomobil daşımaçılığında nəqliyyat vasitələri kvotasının qaldırılması, Xəzər dənizi limanlarının genişləndirilməsi və s. məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR