«Bank Standard» son bir ildə istehlak kreditləşməsini 45% artırıb

«Bank Standard» son bir ildə istehlak kreditləşməsini 45% artırıb
# 15 avqust 2012 11:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin aktivlərinin həcmi 2012-ci ilin iyulun 1-nə 755,392 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 24% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32% artaraq 515,994 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 45% artaraq 105,980 mln. manat, ipoteka kreditlərinin həcmi isə 17% artaraq 27,563 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın depozit portfeli 28% artaraq 483,309 mln. manat, o cümlədən müddətli depozitlər 14% artaraq 385,567 mln. manat, tələb olunanadək depozitlər 2,4 dəfə artaraq 97,742 mln. manat, əhalinin əmanətləri isə 26% artaraq 405,820 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 24% artaraq 33,036 mln. manat, o cümlədən faiz gəlirləri 10,3% artaraq 28,376 mln. manat, qeyri-faiz gəlirləri isə 11,5% azalaraq 4,660 mln. manat təşkil edib.

Bu dövrdə bankın cəmi müştərilərinin sayı 26% artaraq 154 326-ya, o cümlədən fiziki şəxslərin sayı 26% artaraq 151 212-yə, hüquqi şəxslərin sayı isə 12% artaraq 3 114-ə çatıb.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 15 filialı, 141 bankomatı, 1 997 POS-terminalı və 434 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR