“Wikileaks”in yaradıcısı Culian Assanj telefonla Fransadakı mitinqdə çıxış edib

“Wikileaks”in yaradıcısı Culian Assanj telefonla Fransadakı mitinqdə çıxış edib
# 25 avqust 2012 02:09 (UTC +04:00)
Bakı-APA. Ekvadorun Londondakı səfirliyində sığınacaq tapmış “Wikileaks”in yaradıcısı Culian Assanj Fransanın Qrenobl şəhərində solçu siyasi hərəkat olan “Sol cəbhə”-nin təşkil etdiyi mitinqdə telefonla çıxış edib.

APA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Assanj nitqində bildirib ki, Fransa xalqının əksəriyyəti onu dəstəkləyir. Fransanı Avropanın ümidi adlandıran Assanj rəsmi Parisi ona Ekvadora təhlükəsiz getməyə köməklik göstərməsinə çağırıb. Assanj Fransanın sol hökumətini Ekvadora dəstək göstərməsinə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR