Bakı Metropolitenindən istifadə edənlərin sayı azalıb

Bakı Metropolitenindən istifadə edənlərin sayı azalıb
# 31 avqust 2012 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Bakı Metropolitenindən 14,2 mln. sərnişin yararlanıb ki, bu da əvvəlki aya nisbətən 8,4% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında metrodan 114, mln. sərnişin istifadə edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,5% çoxdur.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR