Nigar Camal: “Atamın vəziyyəti ağırdır”

Nigar Camal: “Atamın vəziyyəti ağırdır”
# 05 sentyabr 2012 12:08 (UTC +04:00)
APA-nın məlumatına görə, A. Mütəllibzadə “Bakıelektrikşəbəkə”nin Maştağa qəsəbəsindəki yarımstansiyasında baş verən qəza nəticəsində yaralanıb. N. Camal məlumatı təsdiqləyib: “Təəssüflə deməliyəm ki, bu məlumat həqiqətdir. Maştağa-Bilgəh şosesində güclü partlayış olub və atam 3-cü dərəcəli yanıq xəsarəti alıb. Hazırda atamın vəziyyəti çox ağırdır. Dərisinin 55%-i bütünlüklə yanıb. Bu hadisə atamın təqaüdə çıxmasından üç ay əvvəl baş verdi və bu, bizi çox incidir. Atam orada düz 45 il işləyib”...

Hazırda Aydın Mütəlibzadə 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsində müalicə olunur. N. Camal deyib ki, həkimlər atasının həyatını xilas etmək üçün əllərindən gələni edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR