Türkiyədə silah sursat anbarında partlayış baş verib- YENİLƏNİB

Türkiyədə silah sursat anbarında partlayış baş verib- <font color=red>YENİLƏNİB</font>
# 05 sentyabr 2012 23:52 (UTC +04:00)
APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yaralananlar hərbiçi və mülki şəxslərdir.
Afyonkarahisar valisi hadisənin terror aktı və ya sabotaj olmasını istisna edib. İlkin məlumata görə, hadisə anbarda hərbiçilərin əl qumbaralarını təlim-təslim edərkən bir qumbara partlayıb və ardınca yanğın baş verib.

***

02.02/Bakı-APA. Türkiyənin qərbində yerləşən Afyonkarahisar şəhərindəki silah sursat anbarında partlayış baş verib, hadisə nəticəsində 20 nəfər yaralanıb.

APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, partlayış anbarın əl qumbaraları saxlanılan yerində yaranmış yanğından sonra baş verib. Yanğın davam edir. Bombaların bəzilərinin hələ partlamaması ehtimal olunsa da yanğınsöndürənlər alovla mübarizə aparır.

Yaralılar hərbi hospitala çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR