Azərbaycan prezidenti Gədəbəydə 87 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Gədəbəydə 87 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb
# 06 sentyabr 2012 15:38 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “APA-Economics”in məlumatına görə, əlli doqquz min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR