Rusiya xarici işlər nazirinin müavini: “Avropada raket hücumundan müdafiə sahəsində Rusiya ilə ABŞ arasında razılıq əldə olunmasa, bir sıra tədbirlər görüləcək”

Rusiya xarici işlər nazirinin müavini: “Avropada raket hücumundan müdafiə sahəsində Rusiya ilə ABŞ arasında razılıq əldə olunmasa, bir sıra tədbirlər görüləcək”
# 07 sentyabr 2012 11:49 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, Rusiya ABŞ-la birgə çalışmalıdır: “Bu yolla əhəmiyyətli bir şey əldə etmək olar. Rəsmi Moskva bütün narahatlıqları aradan qaldıran razılığın əldə olunmasını vacib hesab edir. Əgər bu əldə olunmasa, bizim bir sıra tədbirlərimiz var. Görüləcək tədbirlər Rusiya prezidenti tərəfindən qeyd olunub”.

Nazir müavini ABŞ-ın bu sahədə artan potensialının Rusiya tərəfindən gözardı edilmədiyini söyləyib: “Moskvada bu sahədə baş verənlər diqqətlə izlənilir”.

Qeyd edək ki, ABŞ-ın Avropada raket hücumundan müdafiə sistemi (AvroPRO) planı Rusiya-ABŞ münasibətlərində gərginliyə səbəb olub. Rəsmi Vaşinqton Moskvaya bu planın Rusiyadan gələn nüvə təhlükəsinə qarşı yönəlmədiyini təsdiq edən hüquqi qarantiyanı verməkdən imtina edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR