Misir Mərdanov: “Uzun illər müəllim adına layiq olmayan çoxsaylı adamlar işə götürülüblər”

Misir Mərdanov: “Uzun illər müəllim adına layiq olmayan çoxsaylı adamlar işə götürülüblər”
# 10 sentyabr 2012 09:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri təhsil naziri Misir Mərdanov Bakının təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu işi çox ciddi şəkildə aparılmasa, təhsilin səviyyəsi istənilən səviyyəyə qalxa bilməyəcək: “Əgər biz davamlı olaraq ulu öndərin “Təhsil millətimizin gələcəyidir” sözlərini, möhtərəm prezidentimizin Azərbaycan müəllimlərinin əməyinin yüksək qiymətləndirilməsi sahəsində çoxsaylı fikirlərini xatırlasaq, hər adamı məktəbə müəllim götürə bilmərik. Məktəbə gedən, müəllim təyinatı alan adam həm bacarığı, həm biliyi baxımından seçilmiş olmalıdır. Əgər müəllim 45 dəqiqə ərzində qan-tər töküb sinifdən çıxmırsa, ona müəllim deməməliyik. Mən Azərbaycanın gələcəyini yalnız və yalnız bunda görürəm. Biz cəmiyyətin təhsilə olan münasibətini dəyişməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR