BMT Baş Assambleyasının 66-cı sessiyasına yekun vurulub

BMT Baş Assambleyasının 66-cı sessiyasına yekun vurulub
# 18 sentyabr 2012 07:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. BMT Baş Assambleyasının 66-cı sessiyası başa çatıb. APA-nın xəbərinə görə, sessiyaya assambleyanın sədri Nasir Abdel əl-Əziz ən-Naser yekun vurub. O bildirib ki, sessiyanın əvvəlində Fələstin məsələsi diqqət mərkəzində olub. Belə ki, ötən il sentyabrın 23-də Fələstin rəhbəri Mahmud Abbas BMT-yə üzv olmaq üçün ərizə verib: “Mənim sədrliyim müddətində hələlik bu üzvlük gerçəkləşməsə də, ümid edirəm ki, Fələstinin üzvlüyü yaxın gələcəkdə mümkün olacaq”.

Nasir Abdel qeyd edib ki, son 12 ay ərzində assambleya 4 istiqamətə diqqət yetirib: Mübahisələrin sülh yolu ilə həlli; BMT-də islahatlar; Təbii fəlakətlərə hazırlıq tədbirlərinin gücləndirilməsi; Qlobal və dayanıqlı inkişaf.

Xatırladaq ki, sentyabrın 18-də BMT Baş Assambleyasının 67-ci sessiyasının rəsmi açılışı olacaq. Ümumi müzakirələr sentyabrın 25-də başlayacaq və oktyabrın 1-nə qədər davam edəcək. Serbiyanın xarici işlər naziri Vuk Yeremiç sessiyanın sədri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR