Liviyada islamçılar hökumətyönümlü nümayişçilərə atəş açıblar, yaralananlar var

Liviyada islamçılar hökumətyönümlü nümayişçilərə atəş açıblar, yaralananlar var
# 22 sentyabr 2012 04:52 (UTC +04:00)
Bakı-APA. Liviyanin Benqazi şəhərində hökumətyönümlü nümayişçilərlə islamçılar arasında baş verən atışmada 8 nəfər yaralanıb.

Dünən axşam Benqazidə hökümətyönümlü qüvvələrin ölkənin keçmiş lideri Müəmmər Qəddafi əleyhinə qiyam bitdikdən sonra silahı təhvil verməkdən imtina etmiş qruplaşmaların əleyhinə nümayişi başlayıb. Nümayişçilərin fikrincə, məhz bu qruplaşmalar ötən həftə ABŞ səfirinin ölümü ilə nəticələnən hücumu təşkil ediblər.

Nümayiş əvvəlcə sakit keçsə də, sonradan kütlə “Ənsar əş-şəriə” qruplaşmasının qərargahına doğru yönəlib. Nümayişçilər qərargaha daxil olmaq istəyərkən islamçılar onlara atəş açıblar. Nəticədə 8 nəfər yaralanıb. Bir müddət sonra islamçılar qərargahı tərk ediblər.

Ötən həftə Benqazidə “Müsəlmanların məsumluğu” filminə etiraz olaraq həyata keçirilən aksiya zamanı ABŞ səfiri Kristofer Stivens və səfirliyin 3 əməkdaşı öldürülmüşdü.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR