Lerik rayonunda daha iki yeni məktəbin açılışı olub - FOTO

Lerik rayonunda daha iki yeni məktəbin açılışı olub - <font color=red>FOTO</font>
# 22 sentyabr 2012 13:47 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Lerik rayonunun ucqar yaşayış məntəqələri olan Züvüç və Aran kəndlərində yeni məktəb binaları istifadəyə verilib. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimlərdə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, yerli hüquq mühafizə orqanları və ictimaiyyətin nümayəndələri, kənd sakinləri, məktəblilər və valideynlər iştirak ediblər.

Tədbirdə bildirilib ki, dövlət vəsaiti hesabına Züvüç kənd orta məktəbi üçün ikimərtəbəli 220 şagird yerlik, Aran kənd məktəbi üçün isə 80 yerlik müasir tipli bina tikilərək hər cür təzə avadanlıq və inventarlarla təchiz olunmuş halda müəllim və şagirdlərin ixtiyarına verilib. Çıxışlarda bölgələrdə təhsilin inkişafı üçün göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR