Azərbaycan Diplomatik Akademiyası magistraturaya qəbul elan edib

Azərbaycan Diplomatik Akademiyası magistraturaya qəbul elan edib
# 03 oktyabr 2012 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Diplomatik Akademiyası (ADA) 2013-2014-cü tədris ili üçün magistraturaya sənəd qəbulu elan edib. Bu barədə APA-ya ADA-nın kommunikasiya departamentindən məlumat verilib.

Oktyabrın 1-dən başlamış tələbə qəbulu Diplomatiya və Beynəlxalq münasibətlər (MADİA- Master of Arts in Diplomacy and İnternational Affairs), Dövlət və İctimai Siyasət (MPP- Master in Pubic Policy) və Biznesin İdarəedilməsi (MBA-Master in Bisuness Administration) ixtisasları üzrə aparılır.

ADA bu sahələr üzrə iki illik yüksək səviyyəli ingilis dilli təhsil təklif edir. Dərslər tanınmış azərbaycanlı və xarici mütəxəssislər tərəfindən keçirilir. Magistrantlar bır sıra qərb universitetlərində təhsil mübadiləsi proqramlarında iştirak etmək, beynəlxalq nüfuzlu qurumlarda təcrübə keçmək imkanı əldə edirlər. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr təhsil haqqından azad olunacaqlar. Akademiyada həmçinin sərfəli şərtlərlə uzun müddətli təhsil krediti də mövcuddur. Qəbul zamanı üstünlük mükəmməl ingilis dili və güclü təhlil qabiliyyətinə malik olan bakalavr dərəcəli namizədlərə verilir. Sənədlərin qəbulu 2013-cü il aprelin 1-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR