Filipp Kirkorovun Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konserti ləğv olunub

Filipp Kirkorovun Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konserti ləğv olunub
# 15 oktyabr 2012 12:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovun noyabrın 9-da Bakıda keçirilməsi nəzərdə tutulan konserti Heydər Əliyev Sarayında olmayacaq. APA-nın məlumatına görə, konsertin təşkilatçısı olan şirkət tərəfindən Saraya rəsmi məktub ünvanlanıb. Məktubda bildirilir ki, müvafiq təşkilatı problemlərə əsaslanaraq noyabrın 9-u üçün Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsert ləğv olunur.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya konsertin Heydər Əliyev Sarayında keçirilməsinin ləğv olunduğu təsdiqlənib.

Filipp Kirkorovun konsertinin noyabrın 8-də “Baku Crystal Hall” səhnəsində keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR