İctimai Palatadan istefa verən müsavatçı Rauf Arifoğlunu ittiham edib

İctimai Palatadan istefa verən müsavatçı Rauf Arifoğlunu ittiham edib
# 17 oktyabr 2012 11:52 (UTC +04:00)
APA-nın məlumatına görə, Y. Sadıqov “Facebook” sosial şəbəkəsindəki səhifəsinə yerləşdirdiyi açıqlamasında bildirib ki, təsisçisi olduğu İctimai Palatadan uzun tərəddüdlərdən və böyük təəssüflə istefa verməsinin səbəbi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İP Koordinasiya Şurasının üzvü kimi tutduğu yüksək mövqeyə rəğmən müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yaymasıdır: “Bu gün Azərbaycan hakimiyyəti siyasi cəhətdən tam iflas vəziyyətindədir. Cəmiyyət içərisində bütün sosial dayaqlarını itirən hakimiyyətin ictimai rəyə təsir imkanları sıfıra enmişdir. Əvəzində, demokratik hərəkat tarixində dəyərli yeri olan “Yeni Müsavat” qəzeti çox təəssüf ki, son illər bu missiyanı üzərinə götürüb. Ölkədə siyasi hərarətin yüksəldiyi dövrlərdə siyasi və kadr islahatları, müxalifətlə dialoqlar haqqında yalançı anons ilə bu hərarətin səngidilməsi, Emin Milli-Adnan Hacızadə məsələsindəki məlum mövqe, Quba hadisələrinin “iğtişaş” adlandırılması və sair çoxlu faktlar buna sübutdur. Son günlər isə Gülər Əhmədova olayının klan davası kimi qələmə verilərək cəmiyyətdə doğan hiddətin boğulmasına cəhd xüsusilə diqqət çəkəndir. Nəhayət, müxalifətin hakimiyyətlə 2013-2015 sövdələşməsi haqqında informasiyanı mənsub olduğum Müsavat Partiyasına qarşı iyrənc bir böhtan kimi dəyərləndirirəm. Mənsub olduğum partiyaya qarşı böhtan atan bir qəzetin baş redaktorunun İP-nın rəhbərliyində təmsil olunmasını qəbul etməyərək qurumdan istefa vermək haqqında qərara gəldim”.

Y. Sadlqov bəyan edib ki, bu addım onun siyasi baxışlarının və mövqeyinin dəyişməsi kimi qiymətləndirilməməlidir: “Müsavat Partiyasının üzvü kimi mübarizəmi davam etdirirəm, müsavatçılığın təntənəsi üçün əlimdən gələni edəcəyəm. Sonda hesab edirəm ki, Müsavat Partiyasının oktyabrın 20-də keçiriləcək Məclisi partiyaya atılmış böhtana mütləq münasibət bildirməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR