Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi Bakının statusu haqqında qanun qəbul etməyə çağırıb

Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi Bakının statusu haqqında qanun qəbul etməyə çağırıb
# 18 oktyabr 2012 11:16 (UTC +04:00)
APA-nın məlumatına görə, sessiyanın dünənki iclasının gündəliyinə Azərbaycanda yerli və regional demokratiyanın durumuna dair hesabatın müzakirəsi daxil edilib.

Hesabat Jos Vienen və Qudrun Mosler – Tornstorm tərəfindən hazırlanıb.

Sənəddə bildirilir ki, hələ 2003-cü ildə açıqlanmış ilk hesabatda yer almış tövsiyələrin əksəriyyəti yerinə yetirilməmiş qalıb. Hesabatda yer alan tövsiyələr sırasında bələdiyyələrə ayrılan maliyyə resurslarının artırılması, maliyyə resurslarından sərbəst istifadə hüququnun verilməsi də var.

Bundan başqa? Konqres Azərbaycan hakimiyyətini Bakı şəhərinin xüsusi statusu haqqında qanun qəbul etməyə və Bakıda yerli özünüidarəetmə orqanlarına demokratik seçkilər keçirməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR