Urmiyada Azərbaycanın bayrağı dalğalanıb

Urmiyada Azərbaycanın bayrağı dalğalanıb
# 29 oktyabr 2012 22:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində Azərbaycan Respublikasının bayrağı dalğalanıb. Urmiyada yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, şəhərin Şəhərçayı körpüsündən Azərbaycan bayrağı asılıb. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin yaxınlığında dalğalanan bayraq azərbaycanlı fəallar tərəfindən körpüdən asılıb. Məlumata görə, Azərbaycan bayrağını görən avtomobil sürücüləri dayanmadan siqnal verib və bu şəkildə öz sevinclərini büruzə veriblər. Azərbaycan bayraq 30 dəqiqə boyunca körpüdən asılı qaldıqdan sonra hökumət qüvvələri tərəfindən endirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR