AMEA-nın Tarix İnstitutu beynəlxalq mükafat alıb

AMEA-nın Tarix İnstitutu beynəlxalq mükafat alıb
# 05 noyabr 2012 12:10 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu beynəlxalq elmi mükafata layiq görülüb.

APA-nın məlumatına görə, 2012-ci il oktyabrın 26-da Oksford sammitində Beynəlxalq Sokrat Komitəsi tərəfindən AMEA-nın Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə “Best Enterprises - 2012” diplomuna layiq görülüb.

Sammitdə qeyd olunub ki, AMEA Tarix İnstitutu öz fəaliyyət sahəsində Cənubi Qafqazda ən aparıcı elmi müəssisələrdən biridir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mikayıl oğlu Mahmudov isə böyük təşkilatçılıq qabiliyyətinə, yüksək peşəkarlığına, rəhbərlik istedadına və liderlik keyfiyyətinə görə “ən yaxşı baş menecer” fəxri adına layiq görülüb. Avropa Biznes Assambleyasının Sosial Tərəfdaşlıq Cəmiyyəti, Böyük Britaniya və Şimali İrlandiya Patent idarəsi tərəfindən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudova marketinq məqsədləri üçün 5 illik (20.10.2012 - 20.10.2017) “Best Enterprise” lisenziyası da verilib.

Qeyd edək ki, bu il iyulun 12-də Dublin Sammitində (Dublin, İrlandiya) AMEA Tarix institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudova böyük elmi nailiyyətlərinə görə Beynəlxalq Sokrat Komitəsinin “The Name in Science” (“Elmdə ad”) fəxri titulu verilib. Bununla da Azərbaycanın əməkdar elm xadimi Yaqub Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə görə medalla təltif edilərək XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR