«Azəriqaz» bu il 30 min metrə yaxın qaz kəmərini yeni borularla əvəzləyib

«Azəriqaz» bu il 30 min metrə yaxın qaz kəmərini yeni borularla əvəzləyib
# 06 noyabr 2012 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ümumilikdə 29 600 metr uzunluğunda qaz kəməri yeni borularla əvəz olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən indiyədək Magistral Qaz Kəmərləri sahələrinin obyektlərində tənzimləyici qurğular, kranlar, siyirtmələr dəyişdirilib, köhnə tipli, nasaz ölçü qurğuları yeniləri ilə əvəz edilib.

Bundan başqa, Sabirabad, Saatlı və İmişli rayonlarını, o cümlədən cənub-qərb regionunda yerləşən mühüm sənaye obyektlərini təbii qazla təmin edən Astara Magistral Qaz Kəmərləri Sahəsinə aid 530 mm-lik «Azadkənd-İmişli» magistral qaz kəmərinin 2 250 metr uzunluğunda hissəsində aparılan yenidənqurma işlərinin nəzərdə tutulduğu vaxtdan tez başa çatdırılması gözlənilir. Bu, yüksək sürətlə qazlaşdırılan Sabirabad, Saatlı və İmişli rayonları ilə yanaşı, bütün regionun təbii qaz təchizatında mühüm rol oynayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR