MDB-nin neft və qaz üzrə Hökumətlərarası Şurası ləğv olunur

MDB-nin neft və qaz üzrə Hökumətlərarası Şurası ləğv olunur
# 01 oktyabr 2012 13:07 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. MDB-nin 1993-cü ildən fəaliyyət göstərən neft və qaz üzrə Hökumətlərarası Şurası ləğv olunacaq.

APA-Economics”in “İTAR-TASS”a istinadən xəbərinə görə, birlik çərçivəsində neft-qaz sahəsindəki əməkdaşlıq bundan sonra Sənaye siyasəti üzrə Şura tərəfindən tənzimlənəcək.

Rusiyanın baş naziri Dmitri Medvedevin bu gün imzaladığı sərəncamla MDB-nin neft və qaz üzrə Hökumətlərarası Şurası ləğvi haqqında protokol layihəsi təsdiqlənib. Rusiyanın Energetika Nazirliyinə MDB Hökumət Başçıları Şurasının növbəti iclasında Rusiya hökuməti adından protokolu imzalamaq səlahiyyəti verilib.

Qeyd edək ki, MDB-nin neft və qaz üzrə Hökumətlərarası Şurasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukrayna təmsil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR