Sərdar Cəlaloğlu: “ABŞ səfirinin müxalifət liderləri ilə görüşləri ənənə halını alacaq”

Sərdar Cəlaloğlu: “ABŞ səfirinin müxalifət liderləri ilə görüşləri ənənə halını alacaq”
# 18 oktyabr 2012 13:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar arasında keçirilən görüşdə belə anlaşıldı ki, bu cür yığıncaqlar ənənə halını alacaq”.

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. S. Cəlaloğlu qeyd edib ki, müxalifət bu görüşlərin ənənə şəklində icrasını ABŞ-ın Azərbaycanda demokratiya məsələsinə münasibəti kimi xarakterizə edir və beynəlxalq ictimaiyyətə bir ismarış olduğunu düşünür.

Onun sözlərinə görə, görüşlərdə hər dəfə müxtəlif mövzular müzakirə ediləcək: “Hiss olunur ki, səfir Azərbaycanı öyrənmək istəyir”.

Qeyd edək ki, ötən gün keçirilən görüşdə Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi, Açıq Cəmiyyət, Demokrat, Ümid, Müsavat, Liberal Demokrat və Klassik Xalq Cəbhəsi partiyalarının sədrləri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR