Şabranda “Qalaaltı” sanatoriyasında yanğın baş verib

Şabranda “Qalaaltı” sanatoriyasında yanğın baş verib
# 20 aprel 2012 08:43 (UTC +04:00)
Şabran. Vəli Turan – APA. Ötən gün axşam saatlarında Şabran rayonunda yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın “Qalaaltı” sanatoriyasında qeydə alınıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, sanatoriyanın taxta konstruksiyadan ibarət söküntü aparılan binasının 200 kvadratmetr ərazisi yanıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR