Xaçmazda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Xaçmazda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 31 oktyabr 2012 06:55 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 28 yaşlı Xaçmaz rayon Müşkür kənd sakini Orxan Əliyevin idarə etdiyi “VAZ-2102” markalı 27 BX 724 dövlət nömrə nişanlı avtomobil “VAZ 21011” markalı 40 BC 737 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ 2102” markalı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət almış Müşkür kənd sakinləri 28 yaşlı Orxan Əliyev, 23 yaşlı Pərvanə Quliyeva, 16 yaşlı Elxan Quliyev və 1 yaşlı Ramin Quliyevin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR