Bu ilin ortalarına kimi TAP layihəsi üzrə razılaşma əldə oluna bilər

Bu ilin ortalarına kimi TAP layihəsi üzrə razılaşma əldə oluna bilər
# 07 iyun 2012 13:28 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu XIX Xəzər Neft-Qaz Konfransında çıxış edən TAP-ın idarəedici direktoru Kjetil Tunqland bildirib.

Onun sözlərinə görə, gələn ilin ortalarında kəmərin tikintisi üzrə qətnamənin qəbul olunması gözlənilir. 2014-2015-ci illərdə kəmərin tikintisinə başlamaq, 2018-ci il oktyabrın 1-nə isə kəmərin hazır olması planlaşdırılır.

K.Tunqland qeyd edib ki, kəmərin illik ötürmə gücü 10 mlrd. kubmetr təşkil edəcək, gələcəkdə isə Albaniya və Yunanıstan ərazisində qaz-kompressor stansiyalarının tikintisi hesabına 20 mlrd. kubmetrə çatacaq: “Kəmərin əsas mənbəyi isə “Şahdəniz-2” layihəsi düşünülür”.

Qeyd edək ki, uzunluğu 520 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. Hazırda yataqda hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR