Türkiyənin «Samanyolu» televiziyası Xocalı soyqırımına həsr olunmuş film hazırlayıb

Türkiyənin «Samanyolu» televiziyası Xocalı soyqırımına həsr olunmuş film hazırlayıb
# 25 fevral 2012 14:09 (UTC +04:00)
Bakı – APA. Türkiyənin «Samanyolu Xəbər» televiziyası Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş film hazırlayıb. Filmdə Xocalıda baş verən dəhşətli qətliam nəticəsində yurd-yuvasından didərgin düşmüş insanlar danışdırılıb.

Filmin söjetinə əsasən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edib. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutulub. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar, 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir ediblər.

Film bu gün saat 20:15-də «Samanyolu Xəbər»in efirində nümayiş olunacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR