Avrozonanın dövlət borcunun həcmi tarixi maksimuma çatıb

Avrozonanın dövlət borcunun həcmi tarixi maksimuma çatıb
# 23 aprel 2012 14:29 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il avrozonanın dövlət borcunun həcmi avronun tarixi ərzində ən yüksək həddə çatıb.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə Avropa Birliyinin Statistika Xidməti (Avrostat) açıqlama yayıb.

Avrozonanın üzvü olan 17 ölkənin dövlət borcunun ÜDM-ə olan nisbəti 2011-ci ildə 87,2% təşkil edib. Bir il əvvəl bu göstərici 85,3% olub.

Ən yüksək dövlət borcu Yunanıstanda (165,3%), ən az dövlət borcu Estoniyada (6%) qeydə alınıb. Almaniya isə dövlət borcunun ÜDM-ə olan nisbətinin azaldığı yeganə Avropa ölkəsidir. Avropanın ən nəhəng iqtisadiyyatına malik ölkənin dövlət borcu 83%-dən 81,2%-ə qədər azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR