Mixail Saakaşvili: “Gürcüstan 2014-cü ildə NATO-ya üzv olacaq”

Mixail Saakaşvili: “Gürcüstan 2014-cü ildə NATO-ya üzv olacaq”
# 22 may 2012 13:01 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən yaydığı xəbərə görə, M. Saakaşvili bu açıqlamanı NATO zirvə toplantısının keçirildiyi Çikaqoda verib. “Növbəti sammitin 2014-cü ildə keçiriləcəyi gözlənilir və Gürcüstanın 3 Balkan ölkəsi ilə bərabər NATO-nun tamhüquqlu üzvü olmağa böyük şansı var. Mən heç vaxt indiki kimi buna əmin olmamışdım”.

Qeyd edək ki, sammitin yekun Bəyannaməsinin 3 müddəası Gürcüstana həsr edilib. Bəyannamədə bildirilir ki, Gürcüstan alyansın “aspirant”ıdır və mütləq təşkilatın üzvü olacaq. ABŞ dövlət katibi Hillari Klinton da sammitdəki çıxışında deyib ki, növbəti zirvə toplantısında hərbi-siyasi blokun genişlənməsi məsələsinə baxılmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR