Azərbaycanın mənzil bazarında qiymət artımı müşahidə olunur

Azərbaycanın mənzil bazarında qiymət artımı müşahidə olunur
# 21 iyul 2012 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin II rübündə Azərbaycanda ilkin və təkrar mənzi bazarında qiymətlər ötən ilin analoji dövrünə nisbətən artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, mənzil bazarında qiymət indeksi 2012-ci ilin II rübündə əvvəlki rüblə müqayisədə 0,5% azalıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,6% artıb.

“İlkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,5%, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3% artıb, təkrar mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,5% azalıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,6% artıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR