Azərbaycanın tikinti kompleksində əsas kapitala sərmayə qoyuluşu bu il 27% artıb

Azərbaycanın tikinti kompleksində əsas kapitala sərmayə qoyuluşu bu il 27% artıb
# 11 oktyabr 2012 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tikinti kompleksində dinamik inkişaf davam edib və bütün maliyyə mənbələrindən əsas kapitala 9,9 mlrd. manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,4% çox vəsait yönəldilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, ümumi vəsaitin 79,4%-i daxili mənbələr hesabına təmin edilib: «Sərf edilmiş sərmayələrin 44,1%-i məhsul istehsalı, 55,9%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,9%-ni təşkil edib».

Cari ilin ötən dövrü ərzində Bakıda Metal konstruksiyalar zavodu, «Baku Crystal Hall» İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, «Qafqaz Baku City Hotel and Rezidences» və «JW Marriott Absheron», «Four Seasons» hotelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, «8 km» Stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzi, İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində «Azgüntex» zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Ağsu rayonunda Ağsu çayı üzərində körpü, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Cəlilabad rayonunda Un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Şəki rayonunda «Shaki Palace» hoteli, Taxıl anbarı və dəyirman kompleksi, Tovuz rayonunda «Ayan Palace» hoteli və digər obyektlər istifadəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR