“Eurovision-2012”-də iştirak edəcək ölkələrin əksəriyyətinin milli final günü məlum olub

“Eurovision-2012”-də iştirak edəcək ölkələrin əksəriyyətinin milli final günü məlum olub
# 10 fevral 2012 10:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin əksəriyyətinin milli final günü məlum olub. APA-nın məlumatına görə, əksər ölkələrin milli finalı fevral ayına nəzərdə tutulur. Macarıstan, İslandiya və Norveç təmsilçisini bu axşam seçmək qərarındadır. Azərbaycanın milli finalı fevralın 12-nə təyin olunub.

Fevralın 14-də Belarus, 18-də İtaliya, Latviya və Ukrayna, 24-də İrlandiya və Avstriya, 25-də Finlandiya, 26-da Almaniya, Niderland, Rusiya, Sloveniya, 29-da Bolqarıstan təmsilçisini müəyyən edəcək.

Martın 3-də Estoniya, Litva, Moldova, 10-da isə Portuqaliya və İsveç Bakı səhnəsində çıxış edəcək ifaçını seçəcək.

Qeyd edək ki, “Eurovision-2012”-də iştirak edəcək ölkələr təmsilçilərini martın 20-dək müəyyənləşdirməlidirlər.

Xatırladaq ki, 15 ölkə - Türkiyə, İsveçrə, İsrail, Malta, Danimarka, Belçika, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Kipr, Serbiya, Makedoniya, Fransa, Albaniya və İspaniya artıq təmsilçisini seçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR