Nazir: “Azərbaycan nümayəndə heyəti 2020-ci il Olimpiya Oyunları ilə bağlı sifariş kitabçasını Lozannada təqdim edib”

Nazir: “Azərbaycan nümayəndə heyəti 2020-ci il Olimpiya Oyunları ilə bağlı sifariş kitabçasını Lozannada təqdim edib”
# 23 fevral 2012 11:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Jak Roqq da qeyd edib ki, Olimpiya Oyunlarına namizədliyi qalan 5 şəhərin hər biri güclü namizəddir: “Bu, bizi çox sevindirir. Çünki sırada Madrid, Tokio, İstanbul kimi böyük şəhərlər var. Bakı bu şəhərlərin sırasında güclü namizəd kimi sayılır. Bu onu göstərir ki, biz həqiqətən də düzgün yoldayıq və imkanlarımız genişdir. Ən əsası odur ki, bizə inanırlar. Olimpiya Komitəsi tərəfindən belə bir inam var ki, biz bunu bacararıq”.

Nazir deyib ki, 2020-ci ilin Olimpiya Oyunlarının investisiya planı ilə bağlı ilkin mərhələdə müxtəlif şirkətlərlə müqavilələr bağlanılır: “İlk növbədə pmplegacy, “Burson- Marsteller” və “Adore Creative” şirkətləri ilə müqavilələr bağlanıb və xərclər bu 3 təşkilatın fəaliyyətinə xərclənib. Bakı növbəti mərhələyə adlasa, daha çox vəsait sərf olunacaq. Çünki idman qurğularının təkcə yeri yox, həm də onların xarici görünüşü, dizaynı proyekti təqdim olunmalıdır. Sözsüz ki, bu da vəsait tələb edən proqramlardır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR