İranda 4 qadın daş-qalaq edilib

İranda 4 qadın daş-qalaq edilib
# 05 noyabr 2012 22:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın paytaxtı Tehran şəhərində 4 qadın daş-qalaq edilib. APA-nın İranın “Milli Məzhəbi” saytına istinadən məlumatına görə, öldürülən qadınların cəsədləri Tehranın Tibbi Ekspertiza İdarəsinə verilib. Qadınların nədə təqsirləndirildiyi ilə bağlı məlumat verilməyib. Lakin Tehranın Tibbi Ekspertiza İdarəsi bu xəbəri təkzib edib. İdarədən İSNA-ya bildirilib ki, Tehranda belə bir hadisə baş verməyib.
Qeyd edək ki, İranın şəriət qanunlarına görə, zina əməlinin cəzası daş-qalaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR