Azərbaycanın neft sektorunda sənaye istehsalı 5,4% azalıb

Azərbaycanın neft sektorunda sənaye istehsalı 5,4% azalıb
# 13 sentyabr 2012 14:48 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektorunda 7,9% artım, neft sektorunda 5,4% azalma müşahidə olunub.

İstehsalın 76,5% mədənçıxarma, 18,2% emal, 4,8% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Bu ilin səkkiz ayı ərzində neft hasilatı 29,4 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 11,4 mlrd. kubmetr təşkil edib. Qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, geyim, poliqrafiya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, mebel, elektrik avadanlıqlarının, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR