Azərbaycanda daha 167 müəllim işə qəbul olunub

Azərbaycanda daha 167 müəllim işə qəbul olunub
# 14 sentyabr 2012 10:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə boş qalan və imtina olunan yerlərə sentyabrın 7-də aparılmış əlavə yerləşdirmənin və sentyabr 10-da keçirilmiş müsahibənin nəticələri məlum olub. APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, boş qalan və imtina olunan yerlərə əlavə yerləşdirmənin və müsahibənin nəticələrinə əsasən müxtəlif fənlər üzrə daha 167 nəfər müəllim işə qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR