Rusiya 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsinə 20 milyard dollar xərcləyəcək - FOTO

Rusiya 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsinə 20 milyard dollar xərcləyəcək - <font color=red>FOTO</font>
# 01 oktyabr 2012 13:18 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın idman naziri Vitali Mutko FİFA prezidenti Jozef Blatterlə birgə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiyanın 11 şəhərində keçiriləcək dünya çempionatına 1,5 milyon tamaşaçının gəlməsi proqnozlaşdırılır: “Bunlar son rəqəmlər deyil. Çempionatın ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Ayrılacaq pul dünya çempionatı oyunlarının ən çox keçiriləcəyi şəhərlərdə otel və yol tikintisinə xərclənəcək. Yeni tikililər arasında aeroport da olacaq. Moskva daxil, hələ heç bir şəhər dünya çempionatının keçirilməsinə hazır deyil. Bir an öncə çalışmağa başlamalıyıq”.

Qeyd edək ki, Rusiya prezidenti bir müddət əvvəl dünya çempionatının keçirilməsi üçün 10 milyard ABŞ dolları ayrıldığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR