İran təyyarəsi Tehran aeroportuna məcburi eniş edib

İran təyyarəsi Tehran aeroportuna məcburi eniş edib
# 02 oktyabr 2012 10:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu gün səhər saatlarında Tehrandan Əhvaza uçan sərnişin təyyarəsi qəza enişi etmək məcburiyyətində qalıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, 208-ci reys üzrə yerli vaxtla səhər saat 06:50-də havaya qalxan “Fokker 100” sərnişin təyyarəsində bir neçə dəqiqə sonra texniki nasazlıq aşkarlanıb. Təyyarə bərk silkələnib və pilotlar dərhal yanacağı havaya buraxaraq qalxdıqları aeroporta eniblər. Təyyarənin şassilərindən birində texniki nasazlıq olduğu bildirilir. Sərnişinlər isə Əhvaza yerli vaxtla saat 10:10-da başqa təyyarə ilə yola salıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR