Azərbaycanda saxta ümumvətəndaşlıq pasportu almağa cəhd edən şəxs saxlanılıb

Azərbaycanda saxta ümumvətəndaşlıq pasportu almağa cəhd edən şəxs saxlanılıb
# 22 fevral 2012 11:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda saxta ümumvətəndaşlıq pasportu almaq istəyən şəxs saxlanılıb. Bu barədə APA-ya Şəki Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, Şəkinin Baş Layısqı kənd sakini Kamran Süleymanov qardaşı Nazim Süleymanovun şəxsiyyət vəsiqəsi əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək saxta ümumvətəndaş pasportu əldə etməyə cəhd göstərdiyinə görə saxlanılıb. Saxlanılan şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR