Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin sammitinin ikinci günü işə başlayıb

Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin sammitinin ikinci günü işə başlayıb
# 31 avqust 2012 09:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısının ikinci günü İran prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə başlayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, çıxış etmək üçün 63 nəfər müraciət etsə də, 40 iştirakçıya söz veriləcək. Bu gün nahardan sonra sammit işini yekunlaşdıracaq və yekun Bəyannamə qəbul ediləcək.

Qeyd edək ki, Tehran sammiti 120 ölkənin dövlət başçısı və nümayəndəsinin iştirakı ilə dünən işə başlayıb. Sammitin birinci günü 20 nəfər çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR