Türkiyədə “Balyoz” hərbi çevriliş planı ilə bağlı məhkəmə prosesində hökm oxunub

Türkiyədə “Balyoz” hərbi çevriliş planı ilə bağlı məhkəmə prosesində hökm oxunub
# 21 sentyabr 2012 16:50 (UTC +04:00)
Bakı – APA. Türkiyədə “Balyoz” adlı hərbi çevriliş planı hazırlayaraq hökuməti devirmək cəhdində günahlandırılan şəxslərin məhkəmə prosesi yekunlaşıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 1,5 ildən bəri davam edən və 250-si həbsdə olan 365 nəfərin mühakimə olunduğu prosesdə hökm oxunub.

Hökmə əsasən iş üzrə ittiham olunan əsas şəxslər - 1-ci ordunun sabiq komandanı, ordu generalı Çətin Doğan, Hərbi Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, ordu admiralı Özdən Örnək 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Baş Qərargah rəisinin sabiq 1-ci müavini, ordu generalı Ergin Sayqun, ordu generalı Bilgin Balanlı və Milliyyətçi Hərəkat Partiyasından millət vəkili seçilməsinə baxmayaraq, həbsdən buraxılmayan general Engin Alana 18 il həbs cəzası verilib. İttiham olunanlardan 34 nəfər bəraət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR