Yuliya Timoşenko Ukraynada müalicə olunmağa razılıq verib

Yuliya Timoşenko Ukraynada müalicə olunmağa razılıq verib
# 11 aprel 2012 20:08 (UTC +04:00)
Bakı-APA. Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenko aprelin 17-dən etibarən Xarkov xəstəxanalarından birində müalicə olunmağa razılıq verib. Bu barədə Ukrayna baş prokurorunun mətbuat katibi Marqarita Velkova məlumat verib.

Velkova bildirib ki, Timoşenkonun yerləşdiriləcəyi palatada çarpayı, şkaf, stol və stullar, həmçinin plazma televizoru var.

Onun sözlərinə görə, Ukrayna baş prokurorluğu müalicəni aparacaq alman mütəxəssislərə hər cür yardım edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR