Bu il Bakı-Ceyhan kəmərinə 62 mln. dollar xərclənəcək

Bu il Bakı-Ceyhan kəmərinə 62 mln. dollar  xərclənəcək
# 21 may 2012 10:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin I rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üzrə əsaslı xərclərə 7,1 mln. ABŞ dolları xərclənib. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən məlumat verilib. Bütün il üçün kəmərə yatırılacaq əsaslı xərclər 61,7 mln. dollar həcmində proqnozlaşdırılır.

Hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. barel təşkil edir. Qeyd edək ki, 2006-cı il iyunun 4-də ilk tankerin Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) yola salınmasından 2012-ci il I rübün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 188 mln. ton (təxminən 1,408 mlrd. barel) xam neft Ceyhanda 1 827 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 mln. barel olub.

Bu günədək BTC vasitəsilə ümumilikdə 1 870 tankerə yüklənmiş təqribən 193 mln. ton və ya 1,440 mlrd. barel neft ixrac olunub.

«Hazırda BTC kəməri Azərbaycandan əsasən «Azəri-Çıraq-Günəşli» nefti və «Şahdəniz» kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur», - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR